Avropa Liqasında "Neftçi"-nin rəqibi"İnter" bu gün A Seriyasında növbəti oyununa çıxacaq.
Korner.az– ın məlumatına görə , "neradzura" "Kyevo"nun qonağı olacaq.
Son turda öz meydanında "Syena"ya uduzan Milan təmsilçisi "Kyevo"nu məğlub edərək, Bakıya yüksək əhval-ruhiyyədə gəlmək istəyir.
Qeyd edək ki, "İnter" oktyabrın 4-də Bakıda "Neftçi" ilə qarşılaşacaq. Oyun 22:00-da başlayacaq.
