“İnter”in baş məşqçisi Andrea Stramoççini mətbuat konfransında bildirib ki, komandanın hücumçusu Rodriqo Palasionu Bakıya “Neftçi” ilə oyuna gəlməyəcək.
Korner.az-ın məlumatına görə, Argentina millisinin də hücumçusu olan Palasionun zədəsi hələ indi-indi sağalır.
“O, bazar ertəsindən etibarən məşqlərə qoşulacaq. Amma hələ ki, “Neftçi” ilə oyuna hazır olmadığı üçün bizimlə getməyəcək” – deyə “İnter”in baş məşqçisi bildirib.
Qeyd edək ki, oktyabrın 4-də “Neftçi” ilə oyundan “İnter”in daha bir aparıcı futbolçusu olan hollandiyalı Uesli Sneyder də zədəsi səbəbindən çıxış etməyəcək.
