“İnter” futbolçusuna qiymət qoydu
19.04.2024 , 23:55

“İnter” heyətindəki futbolçular üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub 27 yaşlı müdafiəçisi Nikolo Barellaya qiymət qoyub.
İtaliya təmsilçisinin oyunçu üçün ən azı 60 milyon avroluq təklif gözlədiyi və bu dəyərdən aşağı təklifləri nəzərə almayacağı bildirilir.
Barella bu mövsüm komandası ilə 42 oyuna çıxıb, 2 qol vurub, 7 məhsuldar ötürmə edib.
İtaliyalı ulduzun komandası ilə 2026-cı ilə qədər müqaviləsi var.
Mina Musayeva
