“İnter” finalda!
17.05.2023 , 00:52

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Korner.az xəbər verir ki, “İnter” azarkeşləri önündə “Milan”ı qəbul edib.
Görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Bununla da “İnter” 13 il sonra finala vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
16 may
23:00 İnter (İtaliya) – Milan (İtaliya) – 1:0
Qol: La Martinez,74
İlk oyun – 2:0.
