İtaliya A Seriasında mübarizə aparan “İnter” klubu əvvəlki gücünü qaytarmaq üçün heyətini bir neçə futbolçu ilə gücləndirmək fikrindədir.
Korner.az-ın məlumatına görə, bu barədə “Premium Sport” nəşri yazıb.
İtaliya təmsilçisi “Barselona”nın ulduz futbolçusu Lionel Messi üçün təklif göndərməyə hazırlaşır.
Əgər Messinin transferi baş tutmasa, klubun “Atletiko”nun (Madrid) hücumçusu Antonyo Qrizmana təklif göndərəcəyi bildirilir.
Qeyd edək ki, Milan təmsilçisinin fransız futbolçuya görə 110 milyon avrosunda keçməyə hazır olduğu qeyd edilir.
