“İnter Mayami”nin yeni transfer hədəfi
25.07.2023 , 15:27

“İnter Mayami” növbəti transferə hazırlaşır.
Korner.az xəbər verir ki, MLS təmsilçisi Serxio Ramosla müqavilə imzalaya bilər.
Bu barədə “Diario Sport” nəşri məlumat yayıb. Artıq tərəflərin ilkin razılıq əldə etdiyi bildirilir.
Ramos komandaya azad agent kimi qoşulacaq. O, son olaraq PSJ-də çıxış edib.
