“İnter Mayami”dən yeni transfer
10.09.2024 , 14:50
“İnter Mayami” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, MLS təmsilçisi qapıçı Oskar Ustarini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 2024-cü ilin sonuna qədər müqavilə imzalanıb.