“İnter” “Marsel”dən transfer edəcək
17.04.2025 , 21:15

“İnter”in yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, İtaliya klubu “Marsel”in futbolçusu Luis Enrike ilə maraqlanır.
Fabrizio Romanonun xəbərinə görə, tərəflər arasında ilkin danışıqlar baş tutub.
Oyunçunun transferi üçün qarşı tərəfdən 30-35 milyon avro tələb olunur.
Bu mövsüm “Marsel”in heyətində 31 oyuna çıxan 23 yaşlı vinger 9 qol vurub, 8 qolun ötürməsini verib.
