UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində keçiriləcək "İnter" – "Mariehamn" matçının başlama saatı bəlli olub.
Korner.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 4-də "Bayıl Arena"da baş tutacaq görüşün start fiti saat 21:00-da veriləcək. Oyunu isə 33 yaşlı litvalı referi Serqeyus Sliva idarə edəcək.
