"Sumqayıt"la “ oyundan sonra "İnter" bir gün istirahət edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünəndən etibarən "İnter" Premyer Liqanın 6-cı turu çərçivəsində AZAL-a qarşı keçiriləcək oyunun hazırlıqlarına başlayıb.
Komanda dünən axşam saat 18.00-da "Şəfa" stadionunda məşqə çıxıb. Bu gün isə "İnter" iki dəfə məşq edəcək.
Qeyd edək ki, AZAL-“İnter” matçı sentyabrın 23-də keçiriləcək.