Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirəcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “sarı-göylər” paytaxtın “İnter” klubunun əvəzedici heyəti ilə qarşılaşacaq.
Oyun oktyabrın 10-da saat 15:30-da başlayacaq və “İnter Arena”da keçiriləcək.
