Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”in qonağı olacaq “İnter” hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, “bankirlər”in heyətində 4 ciddi itki var. Bunlar zədəli olan Kamran Ağayev, Nizami Hacıyev, Rauf Əliyev və cəza səbəbindən oynaya bilməyəcək Sezar Meza Kollidir.
Qeyd edək ki, “Kəpəz” – “İnter” matçı aprelin 16-sı saat 13:30-da başlayacaq.
