Avropa Liqasının 3-cü təsinifat məehələsində İspaniya “Atletik”i ilə qarşılaşacaq “İnter” 2-ci mərhələdə olduğu kimi, yenə də çarter reysindən istifadə edə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə məlumatı futbolinfo.az saytına klub prezidenti Georgi Nikolov verib.
Bolqar funksioner məsələyə sabah aydınlıq gələcəyini bildirib: “Axşam saatlarında fəxri prezidentimiz Cahangir Hacıyevlə görüşəcəyik. Əlbəttə, İspaniyaya çarter reysindən istifadə edərək, yollanmaq istəyərdik. Ancaq bildiyiniz kimi, hazırda maliyyə sıxıntıları yaşayırıq. Çalışacağıq ki, məsələ müsbət həllini tapsın”.
Bəs bu dəfə necə olacaq, Nikolov yenidən çarter reysinin məsrəfini qarşılamaq üçün AFFA-dan borc pul istəyəcəkmi? Klub prezidenti məsələyə bu cür aydınlıq gətirdi: “Düşünürəm ki, bu dəfə daxili vəsait hesabına komandanın səfər xərclərini qarşılaya biləcəyik. AFFA-nın pul xərclənəsi yeri kifayət qədərdi. Buna görə də onlara yenidən ağız açmayacağıq”.
