Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter” daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, “bankirlər” Mikel Alvaro Salazanın keçidini rəsmiləşdirib.
Son klubu Gürcüstanın “Dinamo” (Tiflis) klubu olan 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
İspan futbolçu peşəkar karyerasına 2001-ci ildə “Aurrera” klubunda başlayıb. 2002-ci ildən 2006-cı ilə qədər isə o, “Amurrio” klubunda oynayıb və 71 görüşdə 5 qol vurub. 2006-2007 mövsümündə “Barakaldo”da çıxış edən Alvaro 30 görüşdə 2 qolla yadda qalıb. 2007-2008 mövsümündə o, “Denia”da çıxış edib – 35 oyun, 1 qol. 2008-2009 mövsümündə isə Mikelin xidmətindən “Lleida” yararlanıb – 36 oyunda 13 qol. 2009-cu ildə “Numansiya”ya keçən oyunçu burda iki mövsüm ərzində 50 görüşə 4 qol vura bilib. 2011-ci ildən oynadığı Gürcüstan “Dinamo”sounda isə 59 qarşılaşmada 21 qol vurub.