“İnter” İnzaqi ilə müqavilə yenilədi
09.07.2024 , 11:55

“İnter” baş məşqçisi Simone İnzaqi ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, İtaliya təmsilçisi mütəxəssisin müqaviləsini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat verib.
Onun sözləşməsi 2026-cı ilə qədər yenilənib. İnzaqi İtaliya klubunda illik 6,5 milyon avro qazanacaq.
