“İnter” İngiltərədən futbolçu alır
29.05.2024 , 14:33

“Mançester Yunayted”in futbolçusu Aaron Van-Bissaka karyerasını İtaliyada davam etdirəcək.
Korner.az-ın məlumatına görə, futbolçunun xidmətlərində “İnter” maraqlıdı.
A seriya təmsilçisi bu transferi ən geci yayda həll etmək istəyir. Tərəflər arasında danışıqlar bitmək üzrədi və keçidin alınması an məsələsidi.
