“İnter”in Türkiyədə keçirəcəyi sonuncu yoxlama oyununda kiminlə qarşılaşacağı bəlli olub.
Korner.az-ın məlumatına görə, “bankirlər” fevralın 3-də iki oyun keçirəcək.
Komanda həmin gün iki hissəyə bölünəcək və fərqli komandalarla üz-üzə gələcək. Əsas heyət Rusiyanın “Krılya Sovetov”, ehtiyat heyətsə hazırda “Turan”ın sabiq futbolçuları Dan Pısle ilə Viktor Qontsanın şərəfini qoruduğu “Kostulenı” ilə görüşəcək.
Qeyd edək ki, “İnter” bundan başqa, yanvarın 17-də “Aalen” (Almaniya), 18-də “Amkar” (Rusiya), 22-də “İnqolştadt 04” (Almaniya), 25-də Zaporojye “Metallur”u (Ukrayna) və 30-da “Ordabası” (Qazaxıstan) ilə qarşılaşacaq.
