“İnter”in əvəzedici heyəti çempionatda yaranmış fasilədən istifadə edərək yoldaşlıq matçı keçirməyi planlaşdırır.
Korner.az-ın məlumatına görə, sabah Zabrat qəsəbə stadionunda Tofiq Mustafayevin yetirmələri “Rəvan” komandasının ehtiyat heyətilə qarşılaşacaq.
Oyun saat 14.00-da başlanacaq.
Maraqlıdır ki, bu komandalar bir-birilə çempionatın son turunda qarşılaşmışdı və oyun qolsuz bərabərliklə başa çatmışdı.
