“İnter” iki transferini açıqladı
03.07.2018 , 10:37

“İnter” növbəti trasnferlərini reallaşdırıb.
Milan təmsilçisi “Latsio” ilə müqaviləsi başa çatan Stefan de Vreylə anlaşıb. 26 yaşlı müdafiəçinin müqaviləsi 5 illikdir. “Yuventus”la müqaviləsini uzatmayan Kvadvao Asamoa da “İnter” lə münasibətlərini rəsmiləşdirib.
“İnter” daha öncə Lautaro Martines, Raca Nainqqolan və Matteo Politanonu rənglərinə bağlamışdı.
