Artıq Türkiyənin Antalya şəhərində olan Bakının "İnter" klubu fevralın 4-dək burada təlim-məşq toplanışı keçəcək.
Korner.az–ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda ötən gün trenajor zalında məşqlərə başlayıb.
Daha sonra meydançaya çıxan futbolçular isinmə və fiziki hərəkətləri yerinə yetiriblər. Komanda axşam məşqi keçirməyi də planlaşdırır.
Hazırda toplanışda 26 futbolçu iştirak edir. Bunlar qapıçılar – Giorgi Lomaya, Revaz Tevdoradze, Elşən Poladov, müdafiəçilər – Vladimir Levin, Ruslan Əmircanov, Valeri Abramidze, İlia Kandelaki, Arif Daşdəmirov, Brüs Abdullaye, Abdulla Abatsiyev, Ruslan Cəfərov, Azər Salahlı, Cəmil Hacıyev, İlqar Ələkbərov, yarımmüdafiəçilər- Nizami Hacıyev, Petar Zlatinov, Fuad Bayramov, İbrahima Niasse, Slavço Georgiyevski, Daniel Genov, Asif Məmmədov, Samir Zərgərov, Mirsahib Abbasov, hücumçular – Baçana Sxadadze, Yuri Fomenko və Ramil Mansurov.
Xatırladaq ki, Tales Şüts ikinci dəfə əməliyyat olunmağa hazırlaşır və buna görə Türkiyə toplanışına gəlməsi sual altındadır. Digər futbolçu Giorgi Adamiya isə hazırda Almaniyada müayinə olunur və bu səbəbdən də Türkiyə toplanışında iştirak etmir.
Əlavə edək ki, hazırlıq planına əsasən komanda toplanış ərzində 6 yoxlama qarşılaşması keçirməyi planlaşdırır.
