“İnter” İkardini PSJ-yə satdı
01.06.2020 , 16:57

PSJ icarə əsasında komandada çıxış edən Mauro İkardinin transfer hüquqlarını alıb.
Korner.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Argüntinalı hücumçu ilə 2024-cü ilədək müqavilə bağlanılıb. Fransa çempionu bu transfer üçün İtaliya klubuna 58 milyon avro ödəyəcək.
