“İnter” hücum xəttini onunla gücləndirir
26.12.2024 , 14:30
“İnter” yeni transfer üçün hazırlaşır.
Korner.az xəbər verir ki, İtaliya klubu hücum xəttini “Bolonya”da çıxış edən Santiaqo Kastro ilə gücləndirmək istəyir.
Milan təmsilçisi argentinalı forvardı gələn ilin yayında heyətinə qatacaq.
20 yaşlı hücumçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində 22 rəsmi oyunda 5 qol vurub və 6 məhsuldar ötürmənin müəllifidir.