Türkiyənin İzmit şəhərinin yaxınlığındaki Kartepe qəsəbəsinin "Green Park" otelində məskunlaşan "İnter" təlim-məşq toplanışını davam etdirir.
Korner.az-ın məlumatına görə, "İnter" hazırlıq planına əsasən gündə iki dəfə məşq edir. Bu gün səhərki çalışmalara trenajor zalında start verilib. Daha sonra futbolçular meydanda isinmə hərəkətləriylə və qaçışla məşğul olublar.
Axşam məşqində isə komanda topla çalışıb. Məşq qapıya zərbələr və taktiki çalışmalardan ibarət olub. Qeyd edək ki, Türkiyədəki təlim-məşq toplanışı ayın 12-nə kimi davam edəcək.