Gələn ildən UEFA Avropa kubokunda mübarizə aparacaq İtaliyanın "İnter" klubu Fransa "Tuluza"sından futbolçu transfer etməyə hazırlaşır. Korner.az-ın məlumatına görə, Fransanın gənclərdə ibarət milli komandasının da şərəfini qoruyan Frank Tabanou "İnter"in hədəfindədi.
İtalyanlar "Tuluza" forması ilə 100-dən artıq oyun keçiriən yarımmüdafiəçi üçün qarşı tərəfə 9 milyon avro ödəməyə hazırdı. 23 yaşlı futbolçu sol və sağ cinahlarda oynamağı bacaran universal bir futbolçudu.
