Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “İnter” – “Fola” matçının hakim təyinatları açıqlanıb.
İyulun 12-də “Dalğa Arena”da baş tutacaq görüşü israilli FİFA referisi Eytan Şmuelevits idarə edəcək. Ona Nissan Davidu və Saqi Mazamber kömək edəcək. Dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.
“İnter” – “Fola” qarşılaşmaı iyulun 12-də, saat 20:00-da keçiriləcək.
