“İnter” fəaliyyətini dayandırdı
12.03.2020 , 16:59

“İnter” müvəqqəti olaraq bütün idman fəaliyyətlərini dayandırıb.
Korner.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, “Yuventus”un futbolçusu Daniel Ruqanidə koronavirus aşkarlanmasından sonra belə qərar alınıb.
“İnter” klubu A Seriyası çərçivəsində sonuncu dəfə martın 8-də “Yuventus”la qarşılaşıb. Turinlilərin 2:0 hesablı qələbəsiylə bitən görüşdə Ruqani ehtiyat oyunçular skamyasında əyləşib.
