“İnter” Türkiyənin İzmit şəhərinin yaxınlığındaki Kartəpə qəsəbəsində təlim-məşq toplanışını davam etdirir.
Korner.az-ın məlumatına görə, toplanışın 2-ci gününə trenajor zalındakı məşğələlərlə başlayan “bankirlər”in futbolçuları daha sonra meydana yollanaraq bir saata yaxın davam edən məşqdə digər fiziki hərəkətlər üzərində çalışıblar.
Axşam saatlarında baş tutan ikinci məşqdə isə oyunçular qısa ötürmələr üzərində çalışıblar, topla digər hərəkətləri yerinə yetiriblər və iki komandaya bölünərək meydanın yarı hissəsində futbol oynayıblar.
Hazırlıq planına əsasən “İnter” bu gün də iki dəfə məşq edəcək.