“İnter” “Dinamo”dan futbolçu gətirir
03.02.2025 , 13:30

“İnter” yeni transferi üçün gün sayır.
Korner.az xəbər verir ki, Milan təmsilçisi Zaqreb “Dinamo”sunda çıxış edən Petar Suçiçlə razılığa gəlib.
Bu barədə insayder Fabrizo Romano məlumat yayıb.
İtaliya klubu 21 yaşlı yarımmüdafiəçinin keçidi üçün Xorvatiya təmsilçisinə 14+2 milyon avro ödəməyə hazırdır.
