Türkiyənin İzmit şəhərində təlim-məşq toplanışında olan Bakının “İnter” klubu hazırlığını davam etdirir. Korner.az-ın klubun rəsmi saytına istinadən məlumata görə, toplanışın 3-cü günün ilk məşqinə saat 11:00-da start verilib.
Yağış altında keçən məşq isinmə hərəkətlərdən və müxtəlif məsafələrə qaçışdan ibarət olub. Axşam saat 17:00-da başlayan məşqdə isə futbolçular topla çalışıblar. Ötürmələr üzərində çalışan futbolçular daha sonra şərti olaraq iki komandaya bölünərək meydanın yarı hissəsində futbol oynayıblar.
Hazırlıq planına əsasən “İnter” bu gün də iki dəfə məşq edəcək.