Xəbər verdiyimiz kimi “İnter”in əvəzedici heyəti “Şəfa” stadionunda təlim-məşq toplanışı keçirir.
Korner.az-ın məlumatına görə, toplanış çərçivəsində komandanı daha iki yoxlama matçı gözləyir. Belə ki, artıq sabah
“İnter” MOİK-lə
qarşılaşacaq, yanvarın 24-dəsə komanda birinci divizion təmsilçisi “Şuşa” ilə görüşəcək.
Qeyd edək
ki, hər iki matç “Şəfa” stadionunda baş
tutacaq.
Əlavə edək ki, “Şuşa” komandasıyla keçiriləcək yoxlama matçıyla da “İnter” toplanış
prosesini yekunlaşdıracaq. Xatırladaq ki, toplanış çərçivəsində keçirilən oyunlarda komanda “Sumqayıt”(4:2) və
“Qarabağ” (1:0) komandalarını məğlub
etmişdi.
