"İnter" bolqarıstanlı futbolçusu Daniel Genovla müqaviləni daha bir il müddətinə uzadıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsümü icarə əsasında Zaqatalanın "Simurq" klubunda keçirən gənc futbolçu iyunun 1-dən "İnter"in təlim-məşq toplanışına qoşulub.
Qeyd edək ki, Daniel Genov 2010-cu ildə "İnter"ə transfer olunub.
