“İnter” daha bir transfer reallaşdırdı.
Korner.az- ın klubun rəsmi saytına istinadın məlumatına görə, “İnter” yarımmüdafiəçi Abdulla Abasiyevlə 2 illik müddətinə müqavilə imzaladı. A.Abasiyev ötən mövsüm “Sumqayıt” klubunda çıxış etmişdi.
Oyunçu həm də Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvüdür və yığmanın heyətində 2012-ci ildə 3 rəsmi matçda meydana çıxmışdı.