“İnter” də uduzdu, “Milan” da…
21.04.2025 , 10:30

İtaliya A Seriyasında 33-cü turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Milan şəhərini təmsil edən “İnter” və “Milan” üçün bu tur uğursuz olub.
“Nerazzuri” səfərdə “Bolonya”ya, “Milan” isə doma azarkeşləri önündə “Atalanta”ya minimal hesabla yenilib.
20 aprel
Empoli – Venesiya 2:2
Qollar: Fatsini, 59. Anyorin, 87 – Yeboa, 67. Busio, 85.
Bolonya – İnter 1:0
Qol: Orsolini, 90+4.
Milan – Atalanta 0:1
Qol: Ederson, 62.
