Yanvar ayının 5-dən Türkiyədə təlim-məşq toplanışı keçirən “İnter” Bakıya qayıdıb.
Korner.az-ın məlumatına görə, dünən toplanış çərçivəsində Almaniyanın “Arminiya” klubu ilə son yoxlama oyununu keçirən (2:2) Kaxaber Tsxadadzenin yetirmələri yanvarın 28-də “Şəfa” stadionunda toplaşaraq AZAL-la oyununun hazırlıqlarına start verəcək.
