İtaliyanın “İnter” klubu “Yuventus”la oyunda azarkeşlərinin Pol Poqba və Kvadvo Asamoaha qarşı irqçi şüarlar səsləndirdiyinə görə cəzalanıb.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, klub Seri A-nın növbəti ev oyununu azarkeşsiz keçirəcək.
Klub həmçinin 15 min avro məbləğində də cərimə ödəyəcək.
