Türkiyədəki təlim-məşq toplanışını başa vuran “İnter” artıq Bakıya qayıdıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən gecə saatlarında paytaxtımıza çatan komandaya istirahət üçün iki gün verilib.
Ayın 14-də isə “İnter” UEFA Avropa Liqasına hazırlığın 2-ci mərhələsənə start vermək üçün Avstriyaya yollanacaq və orada təlim-məşq toplanışı keçirəcək.
Qeyd edək ki, Avstriyadakı toplanış çərçivəsində “İnter” 5 yoxlama görüş keçirəcək.