“İnter” Sloveniyadakı təlim-məşq toplaşını başa vurub.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bankirlər” Sloveniyada sonuncu məşqinə çıxıblar.
Kaxaber Sxadadzenin komandası bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında “Trans”la oyun üçün Estoniyaya yola düşəcək.
Qeyd edək ki, “Trans” – “İnter” matçı iyulun 5-də keçiriləcək.
