Martın 3-də Bakının “İnter” futbol klubu Marino Pusicin komandanın baş məşqçisinin köməkçisi vəzifəsinə təyin edilməsi ilə bağlı müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, tərəflər arasında imzalanmış müqaviləyə əsasən, bosniyalı mütəxəssis cari mövsümün sonunadək “İnter”də çalışacaq. Mövsümün sonunda tərəflər arasında aparılan növbəti danışıqlar zamanı mütəxəssisin baş məşqçi postuna təyin olunması məsələsi müzakirə ediləcək. Razılıq əldə ediləcəyi təqdirdə M.Pusicin baş məşqçi postuna təyin olunması məsələsi həllini tapacaq.
