Premyer Liqanın XVI turunda AZAL-la qarşılaşan “İnter”in istirahəti başa çatdı.
Korner.az-ın məlumatına görə,bazar günü keçirilən qarşılaşmadan sonra komandaya bir günlük istirahət verən Kaxaber Tsxadadze bu gün yetirmələrini bir araya gətirib.
Bu gün “Şəfa” stadionunda bir araya gələn “İnter”in üzvləri bərpə məşqinə çıxdılar. Komanda sabah da doğma meydançada məşq edəcək. “İnter” XVII turda “Kəpəz”in qonağı olacaq.
