“İnter” “Barselona” ilə danışıqlara başladı
22.02.2019 , 10:14

“İnter” İvan Rakitiçin transferi ilə bağlı “Barselona” ilə danışıqlara başlayıb. Milan təmsilçisi Xorvatiya millisinin üzvü ilə 2022-ci ilə qədər müqavilə bağlamaq istəyir.
Daha əvvəl “İnter”in Kataloniya klubuna 40 milyon avro təklif etdiyi bildirilirdi.
Qeyd edək ki, “Barselona” Rakitiçə 65 milyon avro qiymət qoyub.
