"Neftçi"nin Avropa Liqasındakı rəqibi olan İtaliyanın "İnter" klubu daxili çempionatda növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Milan şəhərinin təmsilçisi ötən tur lider "Yuventus"u büdrədən "Fiorentina"nı qonaq edib. Qarşılaşma "neradzura"nın 2:1-lik qələbəsi ilə yekunlaşıb. Bununlada "İnter" xal sayını 12-yə çatdırıb.
Qeyd edək ki, İtaliya nəhəngi Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 4-də Bakıda "Neftçi"nin qonağı olacaq.
