Məlum olduğu kimi, dünən Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "İnter" səfərdə "Neftçi" ilə qarşılaşıb.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda bu gün saat 13.00-da "Şəfa" stadionunda bir araya gələrək bərpa məşqinə çıxıb.
Sabahdan etibarən "İnter" Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Bakı" ilə oyuna hazırlaşmağa başlayacaq. Kaxaber Tsxadadzenin yetirmələri bu matça "Şəfa" stadionunda hazırlaşacaqlar. Sabahkı məşq prosesi saat 13.00-da start götürəcək.
Xatırladaq ki, "Bakı"- "İnter" oyunu fevralın 27-də "Bakı" Futbol Klubunun Təlim-Məşq Bazasının stadionunda baş tutacaq.