İtaliyanın "İnter" klubunun Portuqaliya "Porto"sundan transfer etdiyi Fredri Quarin Milan təmsilçisi ilə müqavilə müddətini uzadıb. Korner.az-ın məlumatına görə, 6 aydı "İnter"ə transfer olunan lakin bu müddətdə zədə səbəbindən bir çox matçlarda forma geyinə bilməyən kolumbiyalı futbolçu "İnter" ilə müqavilə müddətini uzadıb. Ancaq müqavilənin detalları haqda hələ məlumat verilmir.
