Avropa Liqasında ötən gün Estoniyanın "Trans" (Narva) klubunu 5:0 hesabı ilə məğlub edən "İnter" Avropada 3-cü nəticəyə imza atıb. Korner.az-ın məlumatına görə, "bankirlər"in belə böyükhesablı qələbəsi Avroliqada I təsnifat mərhələsinin ilk oyunları arasında 3-cü olub.
Belə ki, İsveç "Elfsborqu" Maltanın “Floriana” klubunu meydana çıxmağına peşman edib – 8:0. İkinci belə nəticə isə hələ iyulun 3-də reallaşmışdı. “Qomel” də “İnter” kimi səfərdə oynayaraq, Farer adalarının “Streymur” klubu üzərində 6:0 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, “İnter”in bu qələbəsi nəinki özünün, ümumiyyətlə, avrokuboklar tariximizdə ən böyük hesablı oldu.
