Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "İnter" – "Asteras Tripolis" matçı canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, futbolsevərlər "Dalğa Arena"da keçiriləcək oyunu "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, "İnter" – "Asteras Tripolis" matçı sabah saat 21:00-da başlayacaq.
