Bakının “İnter” klubunun Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimi müəyyənləşib. Korner.az-ın məlumatına görə, Yunanıstanın “Asteras” klubu ilə səfər matçını danimarkalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Lars Kristoferson olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
