Ölkəmizi Avroliqada təmsil edəcək Bakının “İnter” klubu artıq Moldovadadı.
Korner.az-ın məlumatına görə, iyulun 3-də bu ölkənin “Tiraspol” klubu ilə ilk oyununa çıxacaq komandamız matçın keçiriləcəyi Tiraspola çatıb.
“İnter” Moldovaya birbaşa təlim-məşq toplanışında olduğu Avstriyadan yollanıb.
Xatırladaq ki, Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Tiraspol” – “İnter” matçı iyulun 3-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
