Bakının “İnter” klubu ciddi itki ilə üzləşib. Korner.az-ın məlumatına görə, “bankirlər”in aparıcı üzvü Georgi Adamiya zədələnərək, sıradan çıxıb. Gürcü futbolçu “Sumqayıt”la oyunöncəsi məşqdə zədələnib. Adamiyanın 20 gündən öncə sıraya dönməyəcəyi dəqiqdir.
