Hazırlıqlarını Antalyada davam etdirən Bakının "İnter" klubu bu gün ilk sınaq matçına çıxıb.
Korner.az–ın məlumatına görə, "bankirlər"in yoxlama matçındakı rəqibi Almaniyanın II Bundesliqasında çıxış edən “Aalen” olub.
Matçın 21-ci dəqiqəsində Samir Zərgərovla hesabı açan paytxat klubu rəqibin qoluna əngəl ola bilməyincə qarşılaşma heç-heçə bitib.
Qeyd edək ki, Antalyadakı hazırlıq prosesində ilk sınağını arxada qoyan “İnter” fevralın 3-dək davam edəcək toplanışda daha 6 yoxlama matçında qüvvəsini sınayacaq.
17 yanvar
“İnter” (Azərbaycan) – “Aalen” (Almaniya) – 1:1
Antalya. “İc Santai” otelinin meydançası
