İtaliyanın “İnter” klubu yanvarda icarəyə götürdüyü Lukas Podolskinin transfer hüququnu birdəfəlik almaq istəyindən vaz keçib.
Korner.az-ın məlumatına görə, “Arsenal”ın almaniyalı futbolçuya görə tələb etdiyi məbləğ “neradzurra”nı razı salmır.
“Topçular” Podolskini 7 milyon avro qarşılığında satmağa hazırdılar. Lakin italyanlar bu məbləğin çox olduğunu düşünürlər. Məhz bu səbəbdən “İnter” rəhbərliyi Podolskinin icarə müddəti başa çatdıqdan sonra onu göndərməyi qərara alıb.
